Məşhur boksçu İslam dinini qəbul etdi: Alkoqol asılılığından qurtulmaq üçün

Məşhur boksçu İslam dinini qəbul etdi: Alkoqol asılılığından qurtulmaq üçün
Rusiyalı qarışıq növ üzrə döyüşçü (MMA) Aleksandr Yemelyanenko İslamı qəbul edib.
Xarici medianın xəbərinə görə, İslamı qəbul etmək Yemelyanenkoya alkoqol asılılığından qurtulmağa kömək edib.
"Mən çox şadam ki, inquş qardaşlarımız onu ayağa qaldırdılar və o, həqiqətən də bundan uzaqlaşdı", -məşqçi Rəsul Maqomedəliyev deyib. O əlavə edib ki, Yemelyanenko adını dəyişdirərək Abubakar qoya bilərdi.
Dekabrın 14-də Yemelyanenkonun meneceri Nikita Burçak idmançının reabilitasiyasının başa çatdığını elan edib. Onun sözlərinə görə, idmançı İnquşetiyadakı mərkəzdə olmaqda davam edir və orada məşq edir.
41 yaşlı Yemelyanenko MMA üzrə 40 döyüş keçirib, bu döyüşlərdə 29 qələbə qazanıb, 10 məğlubiyyət alıb. Onun iştirakı ilə daha bir döyüş heç-heçə başa çatıb.
Gundelik-Baku.Org