Almaniya Səudiyyə Ərəbistanına “Eurofighter” qırıcılarının ixracına qoyduğu embarqonu ləğv edir

Almaniya Səudiyyə Ərəbistanına “Eurofighter” qırıcılarının ixracına qoyduğu embarqonu ləğv edir
Almaniya Səudiyyə Ərəbistanına “Eurofighter” qırıcılarının ixracın edilməsinə qoyduğu qadağanı götürür.

“Politico” xəbər verir ki, Berlin bu addımını 7 oktyabrda HAMAS-ın İsrailə hücumundan sonra dəyişən vəziyyət, həmçinin Səudiyyə Ərəbistanının İsrailə qarşı çox konstruktiv davranması ilə əlaqələndirib.

Səudiyyə Ərəbistanı 2007-ci ildə 4,4 milyard funt-sterlinq dəyərində 72 “Eurofighter” qırıcısı alıb. Bu qırıcılar təhvil verilsə də Ər-Riyad əlavə 48 qırıcı almaq istəyib. Lakin Berlin Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın birgə layihəsi olan “Eurofighter” qırıcılarının əlavə ixracına Səudiyyə Ərəbistanın Yəməndəki vətəndaş müharibəsində oynadığı rolu və 2018-ci ildə jurnalist Camal Qaşıqçının öldürülməsini əsas gətirərək qadağa qoyub.
Gundelik-Baku.Org