Səudiyyə Ərəbistanına PUA zərbəsi - İddialar

Səudiyyə Ərəbistanına PUA zərbəsi - İddialar
Səudiyyə Ərəbistanının şərqindəki obyektlərin birində böyük yanğın müxtəlif mülahizələr doğurub.
Sosial medianın ərəb kontentində Dammam sənaye şəhərciyindəki yanğının dron zərbəsi nəticəsində baş verdiyi iddia olunur.
Yanğınsöndürənlər alovu ram etmək üçün saatlarla çalışıb.
Virtual məkan istifadəçiləri ərazidə xilasedici qüvvələrin olmasına baxmayaraq, sənaye şəhərciyində yanğının hələ də davam etdiyini iddia ediblər.
Sənaye şəhərciyinə Yəmən silahlı qüvvələrinin zərbə endirdiyi güman olunur.
Gundelik-Baku.Org