Aktyor 25 yaşlı oğlunu xərçəngdən itirdi

Aktyor 25 yaşlı oğlunu xərçəngdən itirdi
Britaniyalı məşhur aktyor  Timoti Simon Rotun musiqiçi oğlu xərçəng xəstəliyindən dünyasını dəyişib. 
Bu  barədə  aktyorun özü açıqlama yayıb. O, 25 yaşlı oğlu Kormakun oktyabrın 16-da xərçəngdən öldüyünü bildirib.
Rotun sözlərinə görə, bir il əvvəl oğlana III mərhələdə mikrob hüceyrə xərçəngi diaqnozu qoyulub.
Qeyd edək ki, musiqiçi olan Kormak 2021-ci ilin noyabrında diaqnoz qoyulduqdansonra müalicəyə başlasa da, artıq apreldə eşitmə qabiliyyətinin yarısını və 60 kiloqram çəki itirmişdi. 
Gundelik-Baku.Org