İspan şirkəti Ukraynaya döyüşçü toplayır

İspan şirkəti Ukraynaya döyüşçü toplayır
Ukraynaya döyüşçülər cəlb edən ispan şirkəti 3400 avro maaş vəd edib.
Şirkət bu barədə Ukrayna müdafiə nazirliyi ilə anlaşmaya gəldiklərini bildirib.
İspaniyada Ukraynada döyüşmək istəyənlərə təlim keçirən yeganə şirkətin direktoru və baş təlimatçısı Francisco Galván Ukraynaya getmək üçün əsgərlərin çətin sınaqlardan keçməli olduqlarını bildirib. Onlar üçün ağır hesab edilən sınaqlardan biri də ələ keçirdikləri ərazini 3 gün ərazində saxlaya bilməkdir. Bunun üçün könüllülər iki gecə üç gün yatmadan strateji məntəqəni müdafiə edirlər.
Bildirilib ki, sınaqlardan uğurla keçənlər döyüş hissələrinə qoşulduqları təqdirdə Ukrayna Müdafiə Nazirliyi ilə ayda 3400 avro dəyərində müqavilə bağlamaq şansı əldə edirlər.
Gundelik-Baku.Org