Hərbi hissəyə gələn qız GÜLLƏLƏNDİ

Hərbi hissəyə gələn qız GÜLLƏLƏNDİ
Bryansk vilayətində hərbçi 19 yaşlı qızı güllələyib.
Rusiya KİV xəbər verir ki, ilkin məlumatlara görə, 2023-cü il iyunun 8-də saat 23 radələrində 19 yaşlı yerli sakin Rusiya-Ukrayna sərhədinə yaxın Bryansk vilayətinin kəndlərindən birində yerləşən hərbi hissəyə gəlib. Mühafizəçi naməlum qıza qapalı zonanın yaxınlığında olması barədə bir neçə dəfə xəbərdarlıq edib. Lakin qız onun sözlərinə məhəl qoymayıb.
Daha sonra mühafizəçi qızı güllələyib. Güllə onun çanaq nahiyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən qızın həyatı xilas edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org