Misir çimərliyində dəhşətli anlar: Köpəkbalığı turistə hücum etdi

Misir çimərliyində dəhşətli anlar: Köpəkbalığı turistə hücum etdi
Misirin Hurqada şəhərində çimərlik yaxınlığında köpəkbalığı turistə hücum edib.
Onun sevgilisi yırtıcıdan xilas ola bilib.
Əldə edilən məlumata görə, hadisə sahildən təxminən 30 metr aralıda digər istirahət edənlərin gözü qarşısında baş verib.
Hadisə şahidləri dəhşət yaşayıblar, turistlərin heç biri suya buraxılmır. Qonşu otellərin çimərliklərində də oxşar vəziyyət olduğu bildirilir. 
Məlumata görə, son bir neçə gün ərzində bir çoxları köpəkbalığının üzgəcini görsələr də, istirahət edənlər və xilasedicilər onun delfin olduğunu zənn ediblər.
İnsidetdən qısa müddət sonra qatil köpəkbalığının tutularaq zərərsizləşdirildiyi qeyd olunur. 




Mənbə: “MASH” və “SHOT” “Telegram” kanalları
Gundelik-Baku.Org