BMT Xersona əlavə qüvvələr göndərəcək

BMT Xersona əlavə qüvvələr göndərəcək
BMT təcili olaraq Dnepr çayının sol sahilindəki işğal olunmuş ərazilərə humanitar yardım göstərilməsi və insanların təxliyəsi üçün bölgəyə göndəriləcək qruplar yaradacaq.
Bununla bağlı Ukrayna xarici işlər naziri Dmitri Kuleba və BMT-nin Ukraynadakı sistem üzrə koordinatoru Denis Braun razılığa gəliblər.
Rusiya Federasiyası giriş imkanı və təhlükəsizlik zəmanətləri verən kimi qruplar bölgəyə göndəriləcək.
“Görüşün yekunlarına əsasən qərara alınıb ki, BMT dərhal yardımın həcmini artıracaq, Xersona və digər zərər çəkmiş rayonlara əlavə qüvvələr göndərəcək. Bundan əlavə razılıq əldə olunub ki, BMT təcili şəkildə Zaporojye və Xersonda qruplar yaradacaq və Sol sahilin işğal altında olan zərər çəkmiş ərazilərinə göndərəcək. Bu qruplar humanitar yardımla yanaşı insanların Ukrayna hökumətinin nəzarətində olan ərazilərdən işğal olunmuş ərazilərə təhlükəsiz keçidini təmin edəcək”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Kuleba Ukraynanın bütün zərər çəkmiş ərazilər üzrə humanitar əməliyyatlar üçün təhlükəsizlik zəmanətlərini verəcəyinə dair BMT-ni əmin edib.
“Tərəflər razılığa gəliblər ki, BMT-nin qeyd olunan bölmələri Rusiya tərəfindən giriş imkanı və təhlükəsizlik zəmanətləri verilən kimi ərazilərimizdən müvəqqəti işğal olunmuş ərazilərdə olan zərər çəkmiş zonlara göndəriləcək. Birləşmiş Millətlər Təşkilatı Rusiya tərəfindən bu zəmanətlərin verilməsini və Kaxovka SES bəndinin partlaması nəticəsində zərər çəkən işğal edilmiş ərazilərə çıxış imkanının təmin edilməsini gözləyir”, - deyə bəyanatda qeyd edilib.



Mənbə: İnterfaks.ua
Gundelik-Baku.Org