Azərbaycanlı futbol əfsanəsi Əli Daeinin xanımı və qızının İrandan çıxışına qadağa qoyulub

Azərbaycanlı futbol əfsanəsi Əli Daeinin xanımı və qızının İrandan çıxışına qadağa qoyulub
Dünən sosial şəbəkələrdə Əli Daeinin həyat yoldaşı və qızının həbs olunduqları barədə xəbər yayılıb.
Bu haqda “Azad İran” “Telegram” kanalı yazır.
Məlumata görə, Əli Daeinin xanımı və qızının ölkədən çıxmasına qadağa qoyulub və onların Dubaya səfərinin qarşısı alınıb.
Əli Daei özü bu addımı kəskin pisləyib.
“Sanki terrorçu yaxalayıblar. Xanımım və qızım bir neçə günlük Dubaya yollanarkən təyyarə Kiş şəhəri üzərindən uçduğu zaman məcburi geri qaytarılıb və ailəm təyyarədən endirilib”, - deyə o bildirib.
Qeyd edək ki, futbolçunun xanımı ölkədəki etirazları dəstəklədiyinə görə onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

 
Gundelik-Baku.Org