İranda daha 6 məhbus edam edilib

İranda daha 6 məhbus edam edilib
Fevralın 14-də İranın Urmiya, Qəzvin və Kərəc şəhərlərində 6 məhbus dar ağacından asılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına istinadla xəbər verib.
Bildirilib ki, Qəzvin şəhərində Əhməd Süməri, Behzad Əlirzayi, Kərəc şəhərində isə Əli Purheydəri və Mehdi Dustdarinin edam hökmləri icra edilib.
Qeyd edək ki, narkotik maddələrin alverinə və qətlə görə edam cəzasına məhkum edildikləri iddia olunan şəxslərin öldürülməsi barədə İran Məhkəmə Sistemi və dövlət mediası hər hansı məlumat verməyib.

 
Gundelik-Baku.Org