İranın XİN başçısı Hindistanda keçirilən konfransa qatılmaqdan imtina edib

İranın XİN başçısı Hindistanda keçirilən konfransa qatılmaqdan imtina edib
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Hindistanda keçirilən konfransa qatılmaqdan imtina edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
“İndian Ekspress” saytı bildirib ki, İranın xarici işlər naziri Hindistan hökumətinin ev sahibliyi ilə keçirilən konfransda iştirak etməməsinin səbəbi konfransın anons videorolikində iranlı qadınların saçlarını kəsmələri ilə bağlı iki saniyəlik videogörüntünün nümayiş etdirilməsi olub.
Gundelik-Baku.Org