Metroda eskalator qırıldı: Yaralananlar var

Metroda eskalator qırıldı: Yaralananlar var
Cənubi Koreyanın paytaxtı Seulun metrosunda eskalator qəzası baş verib.
Hadisə yerli vaxtla səhər saat 8:20-də metronun Bundanq xətti üzərindəki Sune stansiyasında qeydə alınıb. Stansiyadakı eskalatorlardan biri qırılaraq, sürətlə əks istiqamətdə hərəkət edib. Nəticədə həmin vaxt eskalatorda olanlardan üçü nisbətən ağır olmaqla 14 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Hazırda polis müvafiq araşdırma aparır.
Gundelik-Baku.Org