İntihar etməyə QADAĞA QOYDU: Bunu "sosializmə xəyanət" adlandırdı

İntihar etməyə QADAĞA QOYDU: Bunu "sosializmə xəyanət" adlandırdı
Şimali Koreya lideri Kim Çen In ölkədə intiharı qadağan edən fərman verib. 
“Mirror”un məlumatına görə, Şimali Koreya lideri intiharı “sosializmə xəyanət” kimi qiymətləndirib. O, həmçinin yerli hakimiyyət orqanlarından qabaqlayıcı tədbirlər görməyi tələb edib.




KİV-in məlumatına görə, ölkə vətəndaşları arasında intiharların sayı 2022-ci illə müqayisədə 40 faiz artıb.
Məqalədə vurğulanır ki, KXDR-də həddindən artıq yoxsulluq və aclıq səbəbindən çoxlu daxili iğtişaşlar var. Və indiyədək yerli hakimiyyət orqanları sərəncama baxmayaraq, mövcud vəziyyətə uyğun həll yolu tapa bilməyib.

Gundelik-Baku.Org