"Belqorod vilayətinin atəşə tutulmasında Kiyevin əli yoxdur" - Zelenski

"Belqorod vilayətinin atəşə tutulmasında Kiyevin əli yoxdur" - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi ötən ilin sentyabrında “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarda, eləcə də Belqorod vilayətində baş verən atışmalarda iştirak etməyib.
Ukrayna lideri bunu "Politico" nəşrinə müsahibəsində deyib.
 “Mən prezidentəm və müvafiq sərəncamlar verirəm. Ukrayna belə bir şey etməyib", - Zelenski vurğulayıb.
Gundelik-Baku.Org