Daha sürətli arıqlamağın yolları

Daha sürətli arıqlamağın yolları
Dietoloq Vasilisa Ponomarev daha sürətli arıqlamağın yollarını açıqlayıb.
Xarici mətbuat verdiyi məlumata görə, dietoloq bildirir ki, hər şeyi bir anda yemək lazım deyil.
Onun sözlərinə görə, əvvəlcə tərəvəz, salat və zülal, daha sonra isə karbohidratlar qəbul edilməlidir:
“Bundan əlavə, hər yeməkdən əvvəl qəlyanaltı olaraq salat yemək tövsiyə olunur. Çünki bu qidaların istehlakı qan şəkərinin səviyyəsinin çox yavaş artmasına səbəb olur. Şirniyyatı əsas yeməkdən sonra yemək daha yaxşıdır. Yeməkdən sonra mütləq məşq edilməlidir. Əzələlər yemək zamanı qana daxil olan artıq qlükozanı udur”.
Gundelik-Baku.Org