Roma Papası yenidən əməliyyat olundu

Roma Papası yenidən əməliyyat olundu
Roma Papası Fransisk əməliyyat olunub. 
Xarici KİV xəbər verir ki, mədəsindəki yırtıq səbəbiylə Vatikan liderinin qarın divarına protez qoyulub. Əməliyyat 3 saat davam edib. 
Qeyd edək ki, Papa dünən Romadakı Gemelli xəstəxanasına yerləşdirilmişdi. 
Hazırda onun səhhətinin yaxşı olduğu deyilir. Qeyd olunub ki, 86 yaşlı Papanın sağalma müddəti 5-7 gün çəkəcək.
Gundelik-Baku.Org