Papanın vəziyyəti pisləşdi

Papanın vəziyyəti pisləşdi
Roma Papası Fransisk səhhətinin kəskin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Xarici KİV xəbər verir ki, onun bir neçə gün Romadakı Gemelli klinikasında qalacağı gözlənilir
“La Stampa” qəzeti qeyd edir ki, həkimlər Papanın ürəyində problemlər olduğunu ehtimal ediblər. Ancaq, bu öz təsdiqini tapmayıb. İndi həkimlər tənəffüs yoluxucu xəstəlik nəticəsində Papanın səhhətinin pisləşməsi ehtimalını müəyyənləşdirirlər.
Gundelik-Baku.Org