Psixoloqu silahla hədələyib zorladı

Psixoloqu silahla hədələyib zorladı
Leninqrad vilayətində dəmiryol vağzalında naməlum şəxs tapança ilə Sankt-Peterburqdan olan 53 yaşlı qadın psixoloqa hücum edərək onu zorlayıb.
Rusiya KİV bildirir ki, 53 yaşlı qadın ötən gün Sankt-Peterburq metrosunun polisinə müraciət edib. O bildirib ki, üç saat əvvəl naməlum kişi ona hücum edib. Hadisə vilayətin Vıborqski rayonunda, “63 kilometr” dəmir yolu stansiyasının yaxınlığında baş verib. Hücum edən şəxs Peterburq sakinini silahla hədələyərək zorlayıb və hadisə yerindən qaçıb.
Qadının uşaq psixoloqu kimi fəaliyyət göstərdiyi də məlum olub. Zərərçəkmiş həmin şəxsi qırx yaşlarında, keçəl kişi kimi təsvir edib.
Hazırda araşdırma aparılır.
Gundelik-Baku.Org