Şəkər xəstəliyinə tutulma riski olan İNSANLAR

Şəkər xəstəliyinə tutulma riski olan İNSANLAR
Artıq çəkisi, obez və yüksək qan təzyiqi olan insanlarda diabet inkişaf riski artır.
Xarici KİV xəbər verir ki, bu barədə Diabet Fondunun təsisçisi və rəhbəri Timur Nikolayev məlumat verib.
Mütəxəssis qeyd edib ki, qocaldıqca xəstəliyə tutulma riski artsa da, bəzi insanlar daha gənc yaşda da bunu qazana bilirlər. Əsas risk faktoru irsiyyətdir. Birinci dərəcəli qohumlarda (valideynlər, qardaşlar, bacılar) şəkərli diabet varsa, yoluxma ehtimalı daha yüksəkdir.
"Diabet qanda qlükoza səviyyəsinin aşağı düşməsinə və ürək-damar xəstəlikləri, sinirlərin zədələnməsi, böyrək və görmə problemləri kimi ağırlaşmalara səbəb olan xroniki bir xəstəlikdir".
Nikolayevin sözlərinə görə, oturaq həyat tərzi keçirən, daimi stress və depressiyadan əziyyət çəkən insanlar digərləri ilə müqayisədə şəkərli diabetə daha çox meyllidirlər. Bu xəstəliyin yaranmasında yüksək qan təzyiqi və qanda xolesterinin artıq olması da mənfi rol oynayır.
İnsulin istehsal etmə qabiliyyətinə təsir edə biləcək mədəaltı vəzi xəstəlikləri olan insanlar, alkoqol və siqaret düşkünləri də risk altındadır.
Nikolayev xəstəliyin inkişafının qarşısını almaq üçün əvvəlcədən tədbirlər görməyi tövsiyə edib:
"Sağlam həyat tərzinə riayət etmək, müntəzəm olaraq həkim müayinəsi və pəhrizə nəzarət diabet riskini azaltmağa kömək edəcək".
Gundelik-Baku.Org