Rusiyalı bloqer Ədliyyə Nazirliyini məhkəməyə verdi

Rusiyalı bloqer Ədliyyə Nazirliyini məhkəməyə verdi
Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk edən bloqer İlya Varlamov ölkənin Ədliyyə Nazirliyini məhkəməyə verib.
O, üzərindən xarici agent statusunun götürülməsini tələb edib.
Bu barədə bazar ertəsi ərizənin qəbul olunduğu Moskvanın Zamoskvoretski Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, məhkəmənin vaxtı hələ təyin edilməyib.
Xatırladaq ki, bu ilin mart ayının sonunda Ədliyyə Nazirliyi Varlamovu xarici agentlərin reyestrinə daxil edib. İdarədən bildirilib ki, Varlamov dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların apardığı siyasətlə bağlı yalan məlumatlar yayıb, xarici mənbələrdən dəstək alıb.
Mənbə: TASS
Gundelik-Baku.Org