Telefonların doldurulması zamanı yaranan problemlərin səbəbi nədir?

Telefonların doldurulması zamanı yaranan problemlərin səbəbi nədir?
Mütəxəssislər smartfonların doldurulması zamanı yaranan problemlərin səbəblərini açıqlayıb.
USB-nin telefona daxil olduğu hissənin çirklənməsinə görə telefonlar gec doldurulur.
Bu zaman şarj konnektoru tıxana bilər. Bu hissədə çirklənmə tədricən baş verdiyindən bir çox istifadəçi son ana qədər bunun səbəbindən xəbərsizdir.
USB-nin daxil olduğu hissəni təmizləmək olar. Həmin hissəni hava ilə üfürmək və ya fırça ilə təmizləmək lazımdır. Telefon şarj olunmursa, xidmət mərkəzinə müraciət edilməlidir. Bu cihazın islanması səbəbindən də yarana bilər.
Gundelik-Baku.Org