Zəlzələdən sonra bu epidemiyalar yayıla bilər

Zəlzələdən sonra bu epidemiyalar yayıla bilər
Böyük zəlzələlərdən sonra fəlakət bölgələrində epidemiyalar müşahidə oluna bilər. Bunun üçün içməli suyun təmizliyindən tutmuş yaralarda yarana biləcək infeksiyalara qədər bir çox xəstəliyə qarşı diqqətli olmaq lazımdır.
Bu barədə türkiyənin Sağlamlıq Elmləri Universiteti Bursa Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanası Yoluxucu Xəstəliklər Mütəxəssisi Dos. Dr. Əli Asan danışıb. 
“Belə böyük fəlakətlərdən sonra çoxlu epidemiyalar müşahidə oluna bilər”. Bunlardan birincisi su ilə yayılan epidemiyalardır...
“Təmiz içməli suyun təmin edilməsi bu prosesdə çox önəmlidir” deyən Dos. Dr. Asan, “Mümkünsə, şüşələrdəki qapalı sulara üstünlük verilməlidir. Müvafiq tualet, kanalizasiya və infrastruktur sistemləri də təmin edi4~lməlidir.
Qida təhlükəsizliyi bu prosesdə diqqət yetirilməli olan digər mühüm məsələdir. Bunun üçün zəlzələ bölgəsində ərzaqların saxlanması üçün uyğun yerlərin olmadığını nəzərə alaraq, tez xarab olmayan qidalara müraciət etmək lazımdır. Çünki xarab olan qidalar bir çox problemlərə səbəb ola bilər".
Şəxsi gigiyenanın vacibliyinə diqqət çəkən Asan bildirib ki, istifadə olunan materiallar çirkli ola bilər. Bunun qarşısını almaq üçün yeməkdən əvvəl əlləri yumaq vacibdir. Tualetə getdikdən sonrada əllər sabun və su ilə yuylmalıdır. Əgər sabun və su yoxdursa, adi əl dezinfeksiyaedici vasitələrlə təmizləmək lazımdır”.
Zəlzələnin qış aylarında baş verməsi başqa problemi də gətirir: Tənəffüs yollarının infeksiyaları...
“Qışdır. İnsanlar sıx və qapalı mühitlərdə bir araya gəlirlər. Bu, oradakı insanlar yaxın təmasda olacağı üçün infeksiyanın ötürülməsini artırır. Pandemiyadan təzəcə çıxırıq, ondan tam qurtula bilmədik. Belə şəraitdə maska taxmaq çox vacibdir. Yenə asqırarkən və öskürəndə salfet kağızından istifadə edilməlidir. Yoxdursa, heç olmasa ağzı qolla bağlayıb öskürmək lazımdır”.
 
Gundelik-Baku.Org