Ukraynanı dəstəkləyən şagirdə 900 manat cərimə

Ukraynanı dəstəkləyən şagirdə 900 manat cərimə
Yalta şəhərində məktəbli uşaq cərimələnib.
Xarici KİV xəbər verir ki, buna səbəb telekanalların birində keçirilən sorğuda şagirdlərdən birinin "mən Ukraynanın tərəfindəyəm" deməsi olub. Polis həmin uşağı şöbəyə çağırıb və 40 min rubl (təxminən 900 manat) cərimələyib. 
Bundan başqa onun valideynlərini də şöbəyə çağıraraq onlardan izahat alınıb. 
Gundelik-Baku.Org