BBC-nin idarə heyətinin sədri istefa verdi

BBC-nin idarə heyətinin sədri istefa verdi
BBC xəbər agentliyinin idarə heyətinin sədri Riçard Şarp istefa verib.
Xarici KİV xəbər verir ki, o, dövlət vəzifəsinə təyinat qaydalarını pozaraq, işə qəbul olunarkən onunla indi keçmiş Baş nazir (Boris Conson - red.) arasında olan məxfi münasibəti gizlədib.
Məlumata görə, Şarp Consona 800 min funt sterlinq kredit almağa kömək edib. Bu razılaşmadan bir neçə həftə sonra o, Britaniya Yayım Korporasiyasında yüksək vəzifə tutdu.
Gundelik-Baku.Org