Vasif Talıbov İSTEFA VERDİ (YENİLƏNİB)

Vasif Talıbov İSTEFA VERDİ (YENİLƏNİB)
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 
Onun vəzifəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalova havalə edilib.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.

*** 11:27
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.
“Qafqazinfo” xəbər verir ki, iclasa Muxtar Respublikanın heç bir naziri dəvət almayıb.
İclasın gündəliyi barədə rəsmilərə məlumat verilməsə də, Naxçıvanla bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
  • Vasif Talıbov İSTEFA VERDİ (YENİLƏNİB-FOTO)

Gundelik-Baku.Org