Milyonlarla Android smartfonunda virus aşkarlanıb

Milyonlarla Android smartfonunda virus aşkarlanıb
On milyonlarla Android telefonlarında virus aşkarlanıb. 
Bu barədə “BleepingComputer” nəşri məlumat yayıb. 
Məlumata görə, “Goldoson” adlı bu virus quraşdırılmış proqramlar, Wi-Fi və Bluetooth bağlantıları haqqında məlumat toplaya, istifadəçinin hərəkətlərini də izləyə bilir. 
Bu virusun “Google Play”də mövcud olan populyar proqramlarda da tapıldığı bildirilir. Bu proqramlar milyonlar tərəfindən yüklənib. 
Virusa yoluxmuş proqramlar arasında L.PAY ilə L.POINT, Swipe Brick Breaker və Money Manager Expense & Budget var. Onların hər biri 10 milyon, GOM Player, LIVE Score, Real-Time Score və Pikicast  kimi proqramlar isə hər biri beş milyon yüklənib.   
Ümumilikdə proqramlar 100 milyona yaxın yükləmə alıb. Bu da virusun on milyonlarla telefonlarda olduğunu göstərir. 
Bildirilir ki, həmin proqramlar “Google Play”dən silinib. 
Gundelik-Baku.Org