AGF Trophy-2023 mükafatı braziliyalı gimnastlara verilib

AGF Trophy-2023 mükafatı braziliyalı gimnastlara verilib
Bakıda keçirilən Batut gimnastikası üzrə dünya kubokunda kişi və qadınların fərdi yarışlarının ardından AGF Trophy-2023-ün qalibləri müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyası braziliyalı idmançılara xüsusi mükafat verib.
Kişilərdən Rayan Dutra, qadınlardan isə Alise Qomes bu ada layiq görülüblər.
Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə dünya kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.
Gundelik-Baku.Org