Bu ölkədə "TikTok" bloklandı

Bu ölkədə "TikTok" bloklandı
İordaniyada zorakılığı təbliğ edən paylaşımlara görə TikTok sosial media platformasına giriş müvəqqəti olaraq bloklanıb.
Xarici KİV xəbər  verir ki, bu barədə İordaniya Təhlükəsizlik Baş İdarəsinin Kiber Cinayətlər Bölməsi ictimaiyyətə yazılı açıqlama yayıb. 
Bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Bölməsi sosial şəbəkələrdə nifrət, təxribat, təhlükəsizlik qüvvələrinə və ictimai əmlaka hücumlar, yolların bağlanmasına təşviq edən yazıları izləyir. 
Açıqlamada sözügedən cinayətləri törədənlərin məsuliyyətə cəlb ediləcəyi bildirilib. 
Gundelik-Baku.Org