Bu ölkədə təhlükəsizlik səbəbiylə "TikTok"dan istifadə qadağan ediləcək

Bu ölkədə təhlükəsizlik səbəbiylə "TikTok"dan istifadə qadağan ediləcək
Yeni Zelandiya təhlükəsizliklə əlaqədar olaraq millət vəkillərinə və digər parlament üzvlərinə Çin sosial media platforması "TikTok"dan ictimai telefonlarda istifadə etməyi qadağan edəcək.
Rəsmilər bu addımın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə atıldığını bildiriblər.
Yeni Zelandiyadakı qadağa bu ayın sonunda qüvvəyə minəcək. Bununla belə, ölkədəki qadağa qərarı ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, yalnız parlamentdəki 500-ə yaxın insanın ictimai telefonlarına şamil ediləcək.
Bundan sonra digər qurumlar öz qadağalarını tətbiq etməyə qərar verə biləcəklər.
Gundelik-Baku.Org