Model öz tərindən ətir hazırladı

Model öz tərindən ətir hazırladı
Braziliyalı model kişiləri özünə cəlb etmək üçün öz təri ilə ətir hazırlayıb.
Xarici mətbuat xəbər verir ki, Braziliyanın San-Paulu şəhərindən olan 29 yaşlı model və influencer Vanessa Moura kişilərin diqqətini cəlb etmək üçün öz tərindən ətirlər hazırlamağa başlayıb. 
Beləliklə, Moura 2021-ci ildə ilk ətri hazırlayıb. Model keçmiş və indiki sevgililərinin tər qoxusunu "seksual və həyəcanverici" adlandırdığını iddia edir.
Model hər şüşəyə səkkiz mililitr tər əlavə edir. Bundan əlavə, ətirdə naringi, berqamot və çəhrayı bibər əlavə edir.
Gundelik-Baku.Org