“Victoria's Secret” ulduzu ana olacaq

“Victoria's Secret” ulduzu ana olacaq
Məşhur alt paltarı markası “Victoria's Secret”in siması, model Cesmin Toks hamilə olduğunu açıqlayıb.
Bu barədə o, instaqramda paylaşım edib.
İlk övladını qucağına almağa hazırlaşan 31 yaşlı model hamiləlik fotosessiyasını izləyicilərlə bölüşüb.
“6 ay çox tez keçdi. Balaca mələyimizlə tanış olmaq üçün həyəcanlanırıq”, - deyə, Toks paylaşımında qeyd edib.
Xatırladaq ki, Cesmin 2021-ci ildə iş adamı Yuan Devid Borrero ilə ailə qurub.
Gundelik-Baku.Org