ASUS yeni unikal noutbuk təqdim etdi – ÖZƏLLİKLƏRİ

ASUS yeni unikal noutbuk təqdim etdi – ÖZƏLLİKLƏRİ
ASUS yeni “ROG Flow Z-13” konvertasiya oluna bilən noutbuk təqdim edib. 
“Engadget” portalı xəbər verir ki, bu noutbukun əsas üstünlüklərindən biri xüsusi qayış sayəsində istənilən şəraitdə rahat istifadə oluna bilməsidir. 
Bu yeni cihaz ən çox oyun sevənlər üçün nəzərdə tutulub. Çünki yüksək texnologiya vasitəsilə oyunları və proqramları heç bir gecikmə olmadan icra etmək mümkündür. 
Yeni noutbuk 165 Hz təzələnmə tezliyi və 500 nit parlaqlığı olan 13,4 düymlük IPS toxunma matrisi ilə təchiz edilib. Üst konfiqurasiya “Intel Core i9-13900H” prosessoru, “NVIDIA GeForce RTX 4070” qrafik kartı, 16 GB-a qədər “LPDDR5” operativ yaddaş və 1 TB-a qədər “PCIe Gen 4 SSD” ilə təchiz olunub. 
Həmçinin, noutbuk rahatlığı, daşınma qabiliyyəti və unikal dizaynı ilə də digərlərindən fərqlənir. 



Gundelik-Baku.Org