Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı minalar - FOTO

Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı minalar - FOTO
Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.
Gundelik-Baku.Org