Rusiyada zəlzələ oldu - 5.1 bal

Rusiyada zəlzələ oldu - 5.1 bal
Rusiyanın Kamçatka regionunda zəlzələ olub. 
Rusiya mətbuatı xəbər verir ki, zəlzələ Rixter şkalası ilə 5.1 balla qiymətləndirilib. 
Bildirilib ki, Petropavlovsk-Kamçatsk yaşayış məntəqəsindən 194 kilometr məsafədə, Sakit okean sahillərində qeydə alınan zəlzələnin ocağı yerin 15 kilometr dərinliyində yerləşib. 
Yer silkələnməsindən sonra dağıntı və insan tələfatı ilə bağlı heç bir məlumat verilməyib. 
Gundelik-Baku.Org