Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ oldu
Türkiyənin Adıyaman vilayətində yenidən zəlzələ qeydə alınıb. 
Bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. 
Bildirilib ki, vilayətin Tut rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.2 ballıq maqnituda ilə qiymətləndirilib. 
Ocağı yerin 6.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 
Gundelik-Baku.Org