Tarixin ən uzun sürən qasırğası gözlənilir - Xəbərdarlıq edildi

Tarixin ən uzun sürən qasırğası gözlənilir - Xəbərdarlıq edildi
Tarixin ən uzun sürən qasırğası olduğu bildirilən "Freddi" qasırğası Mozambiki ikinci dəfə vuraraq bir nəfərin ölümünə səbəb olub.

Xarici media xəbər verir ki, qasırğa Zambeziya bölgəsini də vuraraq özü ilə leysan gətirib.

İkinci qasırğada evi dağılan şəxslər arasında ölənlər var   Ehtiyat tədbiri olaraq bölgədəki bütün elektrik xətləri kəsilib, uçuşlar dayandırılıb. 

Dövlət TVM kanalında yayımlanan görüntülərdə güclü küləyin ağacları məhv etdiyi, evlərə və iş yerlərinə ziyan vurduğu görünür.

Zambezia, Tete, Sofala və Nampula bölgələrində qasırğadan yarım milyon insanın zərər çəkəcəyi gözlənilir.

Dünya Meteorologiya Təşkilatı ilk dəfə ötən ay yaranan və 21 fevralda Madaqaskarda, 3 gün sonra isə Mozambiki vuran qasırğanın tarixin ən uzun sürən qasırğası ola biləcəyini açıqlayıb.
Gundelik-Baku.Org