Türkiyədə seçkilər təxirə salınmayacaq - İddia

Türkiyədə seçkilər təxirə salınmayacaq - İddia
Türkiyənin hakim partiyası ümumi seçkilərin müxtəlif variantlarını nəzərdən keçirir, lakin onları təxirə salmaq niyyəti və ya qərarı yoxdur.
"Hürriyet" xəbər verir ki, bu barədə AKP-yə yaxın mənbələr danışıb.
“Ədalət və İnkişaf Partiyasında (AK Parti) bütün variantlar nəzərdən keçirilir, lakin hələlik seçkilərin təxirə salınması ilə bağlı hər hansı qərar və ya niyyət yoxdur. Prezident Ərdoğanın seçkilərin mayın 14-də, partiyanın bəzi üzvlərinin isə 18 iyunda keçirilməsinin tərəfdarı olduğunu söyləmək olar. Prezident Ərdoğanın seçkilərlə bağlı heç bir narahatlığının olmadığı bildirilir. Ali Seçki Komissiyası (YSK) zəlzələ bölgəsindən köçənlərin və ya zəlzələ zonasında qalanların səs verəcəyi yerlərdə səsvermə üzərində işləyəcək ki, bu məsələlərlə bağlı fikir ayrılığı yaranmasın”.
Türkiyədə seçkilər mayın 14-nə təyin edilib. "Habertürk" telekanalı öz mənbələrinə istinadən cümə axşamı bildirib ki, Türkiyədə ümumi seçkilər altı aydan bir ilə qədər təxirə salına bilər. 
Gundelik-Baku.Org