Türkiyədə bir gündə ikinci zəlzələ

Türkiyədə bir gündə ikinci zəlzələ
Türkiyənin Adıyaman şəhərinin Çelikhan rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Xatırladaq ki, bu, Türkiyə ərazisində bu gün baş verən ikinci zəlzələdir. Bundan əvvəl Antakyada 4,1 bal gücündə zəlzələnin baş verdiyi barədə xəbər yayılıb.
Gundelik-Baku.Org