Dünyanın ən məşhur markaları AÇIQLANDI

Dünyanın ən məşhur markaları AÇIQLANDI
Dünyanın ən populyar brendi “Louis Vuitton” seçilib.
Xarici KİV xəbər verir ki, şirkət 195 ölkədən olan sosial şəbəkə istifadəçilərinin “Google”da axtarış sorğularını təhlil edib.
Nəticədə Fransa brendi “Louis Vuitton” geyim markası İsveçrə, İrlandiya, Monako və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 81 ölkədə birinci yerdə olub.
Ümumilikdə sözügedən geyim markası bir ay ərzində 11,1 milyon dəfə axtarılıb.
Reytinqin ikinci yerini avtomobil istehsalçısı “Lamborghini” tutub. Bu marka ən çox rus istifadəçilər tərəfindən axtarılıb.
Üçüncü yerdə isə daha bir avtomobil markası olan “Mercedes Benz” seçilib. Belə ki, bu avtomobil brendi dünyanın 23 ölkəsində maksimum reytinq qazanıb.
İlk onluğa “Michael Kors”, “Loewe”, “Gucci”, “Balenciaga”, “Porsche”, “Chanel” və “Dior” kimi brendlər daxil olub.
Gundelik-Baku.Org