Zəlzələdən sonra 71 bölgədə tədris bərpa olundu

Zəlzələdən sonra 71 bölgədə tədris bərpa olundu
Türkiyədə baş vermiş zəlzələ səbəbindən 71 bölgədə tədrisin dayandırılmasından sonra bu gün ilk dərs günü başlayıb.
Bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilir ki, 2022-ci il sentyabrın 12-də başlayan və yanvarın 20-də başa çatan 2022-2023-cü tədris ilinin birinci semestrindən sonra məktəblər fevralın 6-da açılacaqdı. Ancaq Kahramanmaraşda 6 fevral 2023-cü ildə baş verən və bölgənin bir çox əyalətini təsir edən zəlzələlər və iqlim şəraiti səbəbiylə semestr tətilindən sonra təhsil fəaliyyətləri fevralın 20-dək dayandırılıb. 
Zəlzələdən zərər çəkmiş vilayətlər istisna olmaqla, 71 vilayətdə bütün səviyyələrdən şagirdlər dərsə başlayıb.
Gundelik-Baku.Org