Bayram tətilindən sonra dərslərin başlayacağı gün açıqlandı

Bayram tətilindən sonra dərslərin başlayacağı gün açıqlandı
Bayram tətilindən sonra dərslərin başlayacağı gün məlum olub.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar 2022-2023-cü tədris ili üzrə təhsil müəssisələrində bayramdan sonra ilk iş (dərs) günü - dərs beşgünlük müəssisələrdə yanvarın 5-dir.
O qeyd edib ki, altıgünlük müəssisələrdə isə şagirdlər yanvarın 4-də dərsə gedəcəklər.
Gundelik-Baku.Org