Malatyada yenidən zəlzələ oldu

Malatyada yenidən zəlzələ oldu
Türkiyədə fevral ayının 6-da baş verən iki güclü zəlzələdən sonra afterşoklar durmadan davam edir. 
Böyük dağıntıların qeydə alındığı Malatya şəhərində yenidən zəlzələ olub. 
AFAD-ın paylaşdığı məlumatlara görə, təbiət hadisəsi Darende rayonunda 4,6 bal gücündə qiymətləndirilib. 
Zəlzələ yerin 12,48 km dərinliyində baş verib.
Gundelik-Baku.Org