17 nəfəri dağıntılar altından xilas edən Kilian - FOTO

17 nəfəri dağıntılar altından xilas edən Kilian - FOTO
Türkiyədə dağıdıcı zəlzələdən sonra İsveçin axtarış qrupu da zəlzələdən zərər görən bölgələrdə xilasetmə işlərinə qatılıb. 
 
“Qafqazinfo” xəbər verir ki, sözügedən axtarış-xilasetmə qrupunun tərkibinə daxil olan Kilian adlı it 17 nəfərin dağıntılar altından xilas edilməsinə yardım edib. 
Kilian barədə məlumatı və fotolarını isə İsveçin Türkiyədəki səfirliyi öz tviter hesabında paylaşıb. Məlumata görə, Kilianın 6 yaşı var və sertifikatlı xilasedici itdir.
Kilianın zəlzələ bölgəsindəki fəaliyyəti sosial şəbəkələrdə maraqla qarşılanıb.
Gundelik-Baku.Org