Azərbaycanlı ailə zəlzələdə həlak oldu

Azərbaycanlı ailə zəlzələdə həlak oldu
Türkiyədə baş verən dəhşətli zəlzələ azərbaycanlı ailənin həyatına son qoyub. Acı xəbər bu dəfə zəlzələdən ən çox zərər görən Hatay bölgəsinsən gəlib. 
Hatayda dağıntılar altından azərbaycanlı ailənin cansız bədəni çıxarılıb. 
Bu barədə azərbaycanlı mərhum xanımın yaxınları sosial şəbəkədə paylaşım ediblər. 
Bildiriblər ki, Məleykə Rüstəmlini (Kılıç), onun həyat yoldaşı Münir Kılıçı və 5 yaşlı oğulları Batuhan Kılıçı dağıntılar altından xilas etmək mümkün olmayıb. 
 
Gundelik-Baku.Org