Ermənistanda ana və iki uşağı öldürüldü

Ermənistanda ana və iki uşağı öldürüldü
Ermənistanın Şirak vilayətində ana və iki azyaşlı uşağının meyiti tapılıb.
Erməni mətbuatı xəbər verir ki, polisdən meyitlərin üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlandığı bildirilib.
31 yaşlı qadının və iki uşağının (12 yaşlı qız və 8 yaşlı oğlan) qətli ilə bağlı cinayət işi başlanıb.
Ailə başçısının qazanc dalınca başqa ölkəyə getdiyi bildirilib.
Gundelik-Baku.Org