İranda bir sıra bələdiyyə rəhbərləri həbs edildi

İranda bir sıra bələdiyyə rəhbərləri həbs edildi
İranda bir sıra bələdiyyə rəhbərləri və Kamalşəhr Kərəc şəhər şurasının bəzi üzvləri həbs edilib. 
İran KİV-ləri xəbər verir ki, rüşvətxorluqla bağlı əməliyyatı Əlborz Əyalətinin İmam Həsən Müctəbi Kəşfiyyat Təşkilatı həyata keçirib. 
"Bir sıra bələdiyyə rəhbərləri və Kamalşəhr Kərəc şəhər şurasının bəzi üzvləri ədliyyə orqanının qərarı ilə rüşvətxorluq ittihamı ilə həbs edilib.
İstintaq hələ də davam edir", - məlumatda deyilir. 
Gundelik-Baku.Org