İranda daha bir azərbaycanlı həbs edildi

İranda daha bir azərbaycanlı həbs edildi
İranda molla rejiminin xalqa qarşı amansız rəftarı davam edir.
Mouze“ teleqram kanalı xəbər verir ki, daha bir güneyli rejim tərəfindən həbs edilib.
Şərqi Azərbaycan əyalətinin Sərəskənd (Həştrud) şəhərindən olan milli-mədəni fəal Əbülfəz Paşazadə 3 ay müddətinə azadlıqdan məhrum edilib.
O, 2022-ci il noyabrın 9-da çağırılıb və dərhal prokurorluğa təhvil verilib.
Paşazadəyə qarşı "kiber məkanda hökumətə qarşı təbliğat fəaliyyətləri" ittihamı irəli sürülüb.
Gundelik-Baku.Org