Baydenin evində axtarışlar APARILIR

Baydenin evində axtarışlar APARILIR
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Co Baydenin Delaver ştatında yerləşən evində axtarış aparıb.
 
Bu barədə "NBC" məlumat yayıb. Bu cür tədbirlər bir müddət əvvəl dövlət başçısının Vilminqtondakı iqamətgahında və Vaşinqtondakı analitik mərkəzin ofisində məxfi sənədlərin tapılması ilə bağlıdır.
 
Qəzetin məlumatına görə, Baydenin vəkili Bob Bauer bildirib ki, axtarış ABŞ Prezidentinin əməkdaşlığı ilə aparılır.
 
Qeyd edək ki, bundan əvvəl Baydenin şəxsi ofisində Ukrayna, İran və Böyük Britaniya ilə bağlı 10 məxfi sənədin tapıldığı məlum olub.
Gundelik-Baku.Org