İki prezident üçtərəfli görüşdə bir-biri ilə əl sıxmadı

İki prezident üçtərəfli görüşdə bir-biri ilə əl sıxmadı
Astanada keçirilən üçtərəfli danışıqlarda Tacikistan prezidenti Emoməli Rəhmon Qırğızıstan prezidenti Sadır Japarovla əl sıxmayıb. 
Xarici KİV xəbər verir ki, Rəhmon görüşə gecikdiyi üçün Rusiya prezidenti Vladimir Putin və Japarov bir müddət təkbətək formatda danışıblar. Tacikistan prezidenti iclas otağına daxil olanda yalnız Putinlə salamlaşıb, qırğızıstanlı həmkarına yaxınlaşmayıb. O da öz növbəsində yaxınlaşmaqdan imtina edib yerində oturub. 
Qeyd edək ki, sentyabrın 14-də Qırğızıstanla Tacikistan arasında vəziyyət gərginləşib - sonra sərhəddə hər iki ölkənin hərbçiləri arasında silahlı toqquşma olub. Sentyabrın 25-də ölkələr sülh müqaviləsi imzalayıblar.
Onu da deyək ki, Qırğızıstan və Tacikistan sərhədində artıq bir neçə ildir ki, həll edilməmiş ərazi mübahisələri ucbatından atışmalar baş verir.
Gundelik-Baku.Org