"Əş-Şəbab" liderlərindən biri öldürüldü

"Əş-Şəbab" liderlərindən biri öldürüldü
Somalidə təhlükəsizlik qüvvələri “Əş-Şəbab” terror təşkilatının liderlərindən olan Abdullahi Nadiri zərərsizləşdirib.
Somali Milli Xəbər Agentliyinin (SONNA) məlumatına görə, əməliyyatda “Əş-Şəbab”ın qurucularından “Ubeydə” kimi tanınan Abdullahi Nadir öldürülüb.
Terrorçular siyahısında axtarışda olanlar arasında olan Nadirə qarşı əməliyyat üçün uzunmüddətli planın olduğu açıqlanıb.
"Əl-Şəbab" qruplaşmasının liderləri arasında yer alan Nadir üçün ABŞ tərəfindən 3 milyon dollar mükafat təklif edilib. 
Somalidə "Əş-Şəbab" terror təşkilatı tez-tez təhlükəsizlik qüvvələrini və mülki insanları hədəf alan hücumlar təşkil edir.
Gundelik-Baku.Org